Fon yüklənir...
Загрузка...

Zeytun yağlı pomidor dolması - RESEPT

Загрузка...
Zeytun yağlı pomidor dolması - RESEPT

 

Ərzaqlar

12 ədəd orta pomidor
1 su stəkanı düyü
4 ədəd quru soğan
2 ədəd qənd
1 çay qaşığı un
2 xörək qaşığı quş kişmiş
2 xörək qaşığı doğranmış şüyüd
1 çay stəkanı zeytunyağı

Hazırlanması

Əvvəl quru soğanı incəcik kəsib, 1 xörək qaşığı zeytun yağı ilə orta atəşdə saramtıl rəngə çalana qədər qızardın.

Üzərinə, 10 dəqiqə qədər ilıq suda gözlətdiyiniz və süzdüğünüz, düyünü əlavə edin.

Duz , qənd, qalan zeytunyağı, incə doğranmış şüyüd və kişmişidə də əlavə edib qarışdırın.

Dolmanın içi hazırdır.

Pomidorların sərt olmasına diqqət yetirin.

Yaxşıca yuyub, üstdən qapaqlar şəklində kəsin.

İçini oyub, suyunu axıdın.

Dolmanın içalatını pomidorlara doldurun, dolmaları qazana düzün.

Pomidor qapaqlarını bağlayıb, 2 su stəkanı isti su qoyun.

Batıq atəşdə 30 dəqiqə qazanın qapağını açmadan bişirin.

Dolma parlaq olmasını istəyirsinizsə qapağı bağlı soyudun.
 
Nuş Olsun!
Загрузка...

ŞƏRHLƏR

Su zambağı

6 İyun 2015 14:44

Düyünü heç eşitməmişəm dolmaya bizderde noxud vururlar.Bu da bir yenilik.mütləq hazırlayacam.çox sağ ol

Angel

5 Aprel 2015 12:48

Offbe agzim sulandinyam...

emiwka

25 Fevral 2015 13:37

Bu dolmani çoxx sevirem
--------------------
Getdim Sagolun

Ahu 05

25 Fevral 2015 13:29

en xosladigim.....
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...