Fon yüklənir...

Sarımsaq sousunda alabalıq - Resept

Sarımsaq sousunda alabalıq - Resept

 

İnqrediyentlər:
 
Kartof - 6 ədəd
Qaymaq - 250 ml.
Sarımsaq - 2 diş 
Un 1-2 xörək qaşığı
Yerkökü - 1 ədəd
Soğan - 1 ədəd baş 
Alabalıq - 4 tikə
Kərə və bitki yağları 
Ədviyyat zövqə görə
 
Hazırlanması:
 
Kərə yağını əridin, bir neçə dəqiqə sonra üzərinə xırda doğranmış sarımsaq əlavə edin. Bir xörək qaşığı un əlavə edib və yüngülcə qovurun. Qaymaq əlavə edərək davamlı olaraq  qarışdırın.
 
Sous qatılaşanda bir balaca qaynadılmış su və ədviyyat əlavə edin: Duz, dəfnə yarpağı və bibər qarışığını da unutmayın.
 
Daha sonra soğanı sürtgəcdən keçirilmiş köklə qızardın.
 
Kartofu halqa formasında doğrayın, soba tavasına qoyun, duz, istiot və bir qədər bitki yağı əlavə edin. Kartofun üzərindən yüngülcə duzlanmış balığı düzün. Balığın üzərindən soğanlı kök kütləsini yığın. Bunun üzərindən isə sarımsaq sousunu səpin..
 
180 dərəcə temperaturda 40-45 dəqiqə qızardın.
 
Nuş olsun!

ŞƏRHLƏR

Angel

5 Aprel 2015 12:51

olsaydi yeyerdim

emiwka

24 Fevral 2015 16:39

Dadli olar)))
--------------------
Getdim Sagolun

Ahu 05

24 Fevral 2015 10:25

tesekkurler.....

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam