Fon yüklənir...
Загрузка...

Asan hazırlanan kəsmikli, meyvəli tort - Resept

Загрузка...
Asan hazırlanan kəsmikli, meyvəli tort - Resept
 
İnqrediyentlər:
 
Kəsmik  - 200 qram (içlik üçün yağlı kəsmik  seçin, yaxşı olardı ki, onu ələkdən də keçirəsiniz.
Xama yağlılığı 20% - 500 qram
Kərə yağı - 180 qram
Qum peçenye - 400 qram
Jelatin - 30 qram
Şəkər tozu - 1 stəkan
Üzüm - 500-700 qram
Qoz ləpəsi - bəzək üçün
 
Hazırlanması:
 
Su hamamında kərə yağını əridin. Blenderdə və ya yaxud əllə peçenyeni ovxalayın. Onu əridilmiş yağla qarışdırın. Bir az soyumasını gözləyin.
 
Tort qabına peçenyeli kütləni yayın, 1-2 saatlıq soyuducuda saxlayın.
 
Jelatinin üzərinə bir stəkan su tökün, köpməsi üçün 40-60 dəqiqə gözləyin. Qabarmış jelatini zəif atəşdə həll olunana qədər qarışdırın. Sonra soyumasını gözləyin.

Şəkəri, xamanı və kəsmiyi blenderdə yaxşı çalın. Soyumuş jelatin kütləsini kəsmik kütləsi ilə qarışdırın.
 Soyuducuda donmuş soyuq korjun üzərinə kəsmikli kremi çəkin. Yenidən qabı soyuducuda 40 dəqiqə saxlayın.
 
Sonda tortu şəkildə gördüyünüz şəkildə bəzəyin.

Nuş olsun!
Загрузка...

ŞƏRHLƏR

Ahu 05

18 Fevral 2015 13:18

tesekkurler....
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...