Fon yüklənir...

Kakaolu Limonlu Keks

Kakaolu Limonlu Keks

 

Ərzaqlar:

 

3 ədəd yumurta
3 su stəkanı un
1, 5 su stəkanı şəkər
3 yemək qaşığı kakao
2 ədəd limon 
3/4 su stəkanı duru yağ 
1 su stəkanı süd
1 paket vanil
Hind qozu

Hazırlanması:

Yumurta və şəkəri uyğun bir qabda köpüklənənə qədər çırpın. Duru yağ, 1 paket qabartma tozu əlavə edərək çırpmağa davam edin. Südün yarım stəkanını tökərək 2 barda unu, vanil və qabartma tozunuda əlavə edib çırpın və geri qalan yarım stəkan süd, bir stəkan unu və yarım limon sununu əlavə edərək keks konsistensiyasına gələnə qədər çırpın. Hazırladığınız vəsaitdən 1 su stəkanı ayırıb şorba kasasına əlavə edərək üzərinə 3 yemək qaşığı kakao və yarım limon suyu sıxın. 2 yemək qaşığı süd əlavə edib qarışdırın. 2 ədəd limon qabığını rəndələyib hazır edin və keksi yağlanılmış 30 sm diametrində yumru bir nimçəyə tökün. Hazırladığınız kakaosulu qarışığı keksin tam ortasına tökün və limon qabıqlarının yarısını əlavə edərək bir çay qaşığı köməyiylə nimçənin ortasından diblərə doğru dibə çox batırmadan şəkil verərək kakaonu paylayın və qalan limon qabıqlarını ortaya səpin. Nimçəni sobaya vermədən əvvəl hind qozlarını keksə səpin və əvvəldən isidilmiş 170-180 dərəcəlik sobada 35-40 dəqiqə bişirin. Bişən keksi soyudaraq xidmət edin.
 
Nuş Olsun!

ŞƏRHLƏR

Angel

5 Aprel 2015 13:52

Limonu cixmaq serti ile ela olar

emiwka

31 Yanvar 2015 11:32

Limonu cox sevirwm ama limonlu keks yeye bilmerem.
--------------------
Getdim Sagolun

beni boyle SEV

13 Yanvar 2015 10:23

dadli gorsenir resept ucun tesekkurler

Ahu 05

11 Yanvar 2015 10:55

bunu tez-tez bisirirem,cox dadli olur

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam