Fon yüklənir...
Загрузка...

Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq

Загрузка...

 

Azərbaycana idxal olunan "Premium Euro-95” markalı avtomobil benzininin bir litri 1.25 AZN-ə (0.74 ABŞ dolları) satılsa da, onun hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir. 

"Super Euro-98” markalı avtomobil benzinin pərakəndə satış qiyməti hər litr üçün 1.5 AZN (0.88 ABŞ dolları) təşkil edir.

Təcrübə onu göstərir ki, belə bir vəziyyətdə ölkəyə gətirilən və dəyərindən baha başa gələn məhsulların satış qiymətləri bahalaşır. 

Digər bir maraqlı məqama da diqqət yetirək. 

Artıq 4-5 gündür ki, SOCAR və "Azpetrol” yanacaqdoldurma məntəqələrindən başqa, digər stansiyalarda "Premium Euro-95” və "Super Euro-98” markalı avtomobil benzini tapılmır. 

Bu da ölkəyə idxal edilən "Premium Euro-95” və "Super Euro-98” markalı benzinin qiymətinin bahalaşacağını deməyə əsas verir. 

Qiymət artımının bu günlərdə reallaşacağı gözlənilir. 

Qeyd edək ki, ötən gün bununla bağlı "report” agentliyi araşdırma aparıb. 

Agentlik sonda Azərbaycanla digər ölkələr arasında maraqlı müqayisə aparıb. Müqayisə üçün bildirilib ki, qonşu ölkələrdən Gürcüstanda 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq, 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. 

Ziya SƏCCAD
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...