Fon yüklənir...

Maksimum sürəti 120 olan yük maşını Bakıda 129-la radara düşüb


 

Yük maşınının maksimum mümkün sürəti 120 km/saat olsa da, radarlardan birində sürət 129 kimi göstərilib

 

Yük maşınının maksimum mümkün sürəti 120 km/saat olsa da, radarlardan birində sürət 129 kimi göstərilib.

Ağır tonnajlı yük avtomobilinin sürücüsü Razi İsmayıllı deyir ki, 2 il əvvəl ona Aeroport şossesində qurulan radarlarda texniki səhv ucbatından protokol məktubu gəlib: "Necə olur ki, eyni radarların qeydə aldığı bir protokol ləğv edilir, amma digərlərinin ödənilməsi tələb edilir...”

Onun sözlərinə görə, idarə etdiyi avtomobil su daşınması üçün nəzərdə tutulub və saatda 90 km-dən sürətli idarə etmək mümkün deyil. Məhz bu fakta görə sürücü məhkəməyə müraciət edib.

Razi İsmayıllı bildirir ki, məhkəmənin sonuncu qərarı 2016-cı ilin fevral ayında verilsə də, hələ də icra edilməyib. Bundan sonra qərarın ləğvi üçün Baş Dövlət Yol Polisi İdarəsinə yaxınlaşanda ona bildirilib ki, qərar Nizami rayon Yol Polisi tərəfindən ləğv edilməlidir.

Baş Dövlət Yol Polis İdarəsinin sözçüsü Kamran Əliyev açıqlamasında bildirib ki, məhkəmə tərəfindən işə xitam verilməsi ilə bağlı yol polisinə hər hansı bir rəsmi sənəd daxil olmayıb. Hər bir halda sürücü yenidən müraciət edərsə, elə onun iştirakı ilə məsələ yenidən araşdırılacaq. 

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam