Fon yüklənir...

Əfsanəvi Bugatti Veyron istehsalı dayandı

 

Son Veyron Yaxın Şərqdən olan müştəriyə satılıb.

Modelin tarixində son nöqtə La Finale adı alan Grand Sport Vitesse rodsteri olub.

Bir neçə həftədən sonra bu nüsxə Cenevredə avtosalonda sərgilənəcək, onun yanında isə 2005-ci ilin il Veyronu yer alacaq.

Qeyd etmək Bugatti Veyron-un tarixi 1999-cu ildə EB 18/3 Chiron konseptinin təqdimedildiyi Tokio avtosalonunda başlayıb. Nümunə 2001-ci ildə Cenevrə avtosalonunda publikaya təqdim edilib. Yeni adını isə Veyron, 1939-cu ildə Bugatti avtomobilindı "Le-Mana 24 saat" yarışında qələbə qazanmış fransız Pyer Veyronun şərəfinə alıb. 

 

 

2005-ci ilin sentyabrında fransız şəhəri Molsaymda yerləşən zavodda ilk superkar istehsal edilib. 

Ümumilikdə 450 maşın yığılıb və artıq satılıb. 2013-cü ilə qədər Bugatti Veyron dünyada ən sürətli seriya avtomobili idi. Ən yüksək - 431 km/s  sürətini 2010-cu ildən 2014-cü ilə qədər istehsal edilən Super Sport modifikasiyasında əldə etmək mümkün olub.

Bugatti pərəstişkarları yeni superkarını isə ən azı 2017-ci ilə qədər gözləməli olacaqlar. İndi  Volkswagen Group mütəxəssisləri Veyronun varisi olacaq daha güclü avtomobilin üzərində çalışırlar: onun 2,3 saniyəyə 100 km/s sürət yığacağı, maksimal sürəti isə 460 km/s olacağı ehtimal edilir. 2005-ci ilin sentyabrında fransız şəhəri Molsaymda yerləşən zavodda ilk superkar istehsal edilib. 

Ümumilikdə 450 maşın yığılıb və artıq satılıb. 2013-cü ilə qədər Bugatti Veyron dünyada ən sürətli seriya avtomobili idi. Ən yüksək - 431 km/s  sürətini 2010-cu ildən 2014-cü ilə qədər istehsal edilən Super Sport modifikasiyasında əldə etmək mümkün olub.

Bugatti pərəstişkarları yeni superkarını isə ən azı 2017-ci ilə qədər gözləməli olacaqlar. İndi  Volkswagen Group mütəxəssisləri Veyronun varisi olacaq daha güclü avtomobilin üzərində çalışırlar: onun 2,3 saniyəyə 100 km/s sürət yığacağı, maksimal sürəti isə 460 km/s olacağı ehtimal edilir. 

ŞƏRHLƏR

faiq123

28 İyun 2015 17:46

Bizlik deyil
--------------------
Facebook profil
Twitter
Tpo.com

Angel

4 Aprel 2015 16:26

Pis deyil)))

emiwka

27 Fevral 2015 14:53

Xebere gore tewekurler.
--------------------
Getdim Sagolun

Ahu 05

27 Fevral 2015 14:26

tesekkurler....

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam