Fon yüklənir...

Qışda maşını qızdırmaq mənasız və zərərlidir

Qışda maşını qızdırmaq mənasız və zərərlidir

 
Bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda qışda avtomobilləri qızdırmaq adətdir. Bu, pis vərdişdir, alimlər bu vərdişdən qaçmağı məsləhət görürlər. Sürücülər yalnız zaman və yanacaq sərf edərək ətraf mühitə ziyan vururlar.

Qışda işə salınmış, amma yerindən tərpənməyə hazırlaşmayan bir çox maşın görmək olar. Avtomobil sahiblərinin əksəriyyəti yola düşməzdən bir müddət öncə avtomobillərini işə salırlar. Əgər avtomobil məsafəli starter ilə təchiz edilibsə sürücü rahatca evdə gözləyir. Amma bəzi, əsasən də donmuş sürücülər maşınında oturur, onun qızmasını gözləyir.   

İnsanlar düşünürlər ki, beləliklə, maşın soyuq temperaturda sürmək üçün lazımi temperatura qədər daha yaxşı isinir. Sürücülər soyuq maşında yola düşməyin ziyanlı olduğundan əmindirlər. "The Washington Post” qəzetinin WonkBlogu bu əsatiri boşa çıxardı: müasir maşınları əvvəlcədən işə salmaq lazım deyil.

Avtomobillərin soyuq havada qızdırılması tamamən rus əsatiri oldu. 2009-cu ilin tədqiqatlarına əsasən, amerikalılar əgər havanın temperaturu 0-dan aşağı olarsa maşını beş dəqiqə və ya bir qədər çox qızdırırlar.

Mühərrikləri nəyə görə qızdırmaq lazım deyil?

Əslində hər zarafatda həqiqət payı olduğu kimi, burada da elədir. Birincisi, şaxtada yanacağın sərf edilməsi 12% artır. İkincisi, qışda maşın həqiqətən daha çox qızır.  

Köhnə, karbüratorla işləyən maşınları, əvvəlcədən qızdırmaq lazımdır. Bunu etməsək, karbürator, hava və yanacağın qarışığını müəyyənləşdirən lazımi temperatura qədər qızmayacaq, mühərrik sönəcək. 1980-1990-cı illərdə karbüratorları injektorlarla əvəz etdilər, burada hava və yanacağın qarışığı xüsusi datçiklərin köməyi ilə müəyyən edilir. İnjektor mühərrikini qızdırmaq lazım deyil, çünki datçiklər qarışığa nəzarət edərək lazımi temperaturu saxlayır.

Beləliklə də, müasir mühərrikləri boş yerə işlətməyə ehtiyac yoxdur. Avtomobilqayırma mütəxəssislərinin sözlərinə görə, yeni maşınları soyuq havada 30 saniyədən çox qızdırmaq lazım deyil, çünki onlar hərəkət zamanı daha tez qızırlar.

Mühərrikin qızdırılması təbiətə ziyandır.

Mühərrikin boş yerə işlədilməsi ətraf mühitə ziyandır, belə ki, yanacağın israfına və ətrafa istixana qazlarının yayılmasına vasitəçi olur.

Bunun nə qədər zərərli olduğunu göstərmək üçün maşının qızdırılması stereotipinin mövcud olduğu Kanadanın Təbii Resurslar Nazirliyi eksperiment üçün üç maşını -18°C-yə qədər soyudur, hər bir maşın da müəyyən məsafə qət edir. Bəzi maşınları eksperiment müəllifləri 5 dəqiqəyə qədər, bəzilərini isə 10 dəqiqəyə qədər qızdırırlar. Eksperiment göstərib ki, maşını nə qədər çox qızdırırıqsa, boş yerə bir o qədər də çox yanacaq sərf edirik.

5 dəqiqəlik qızdırılma yanacağın sərf edilməsini 7-14%, 10 dəqiqəlik qızdırılma isə 12-19% artırdı. Bundan başqa, mühərrikin həcmi böyük olduqca yanacağın boş yerə israfı artır. Yəni, əgər müasir maşınlar bir litr benzin üçün km sayını artırmağa çalışırsa, belə maşınların qızdırılması benzini israf edərək, mühərrikin effektivliyini azaldır.

Əlavə xərclərdən başqa, maşının qızdırılması kimi ənənəyə sadiqlik atmosferə zərərli tullantıların atılmasını artırır. 2009-cu ildə "Energy Policy” jurnalında tədqiqat dərc edilmişdi. Həmin tədqiqatın müəllifləri ABŞ-da boş yerə mühərrikin işləməsi zamanı ətraf mühitə dəyən zərəri hesablamışdılar. Sürücülər mühərriki yalnız maşını qızdırdıqda deyil, eləcə də kimi isə gözlədikdə və ya tıxacda durduqda işə salırlar. Hesablamalara müvafiq olaraq, mühərrikin boş yerə işləməsi ABŞ-ın istixana tullantılarının 1,6%-dir. Müqayisə üçün bildirək ki, bu metallurgiya sənayesinin ümumi miqdarından iki dəfə çoxdur.

Mühərrikin lazımsız işini azaldaraq avtomobil sahibləri dünyada hər il yanacaqda 5,9 milyard dollar qənaət edə bilərlər (bu hesablamalar 2008-ci ilin yanacaq qiymətlərinə əsaslanıb). Tullantıların miqdarı isə soda, alüminium və əhəng sənayesinin tullantıları qədər azala bilər.

ŞƏRHLƏR

Ahu 05

7 Yanvar 2015 13:05

tesekkuler.....

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam