Fon yüklənir...

Prior Design-dan Mercedes S-Class

Alman tüneri "Prior Design” bu yaxınlarda W222 banında tənzimlənmiş daha bir lüks sedanı – "Mercedes-Benz S-Class”-ı təqdim etdi. Satışdan sonar tənzimlənmə proqramına aerodinamik idman ban asması, eksklüziv konstruksiyalı disklər və avtomobilin interyerinin yenilənməsi daxildir.

Daha çox idman xüsusiyyətləri almaq istəyən müştəri, həmçinin asılqanı aşağı salan detallar dəsti və daha gur səsi olan qazburaxma sistemi sifariş edə bilər. Rəsmi avtomobilin yenidən işlənmiş qabaq bamperində aşağı karbon splitter, ətraflarda nazik yan ətəklər və qabaq qanadlarda əlavələr, baqaj qapağının üzərində kiçik spoyler, arxa bamperdə isə diffuzor peyda olub.

Səs tənzimləyən klapanları olan idman qazburaxma sistemi və "AMG”-dən boru başlıqları, o cümlədən böyük diamterli təkər diskləri "Mercedes S350” modifikasiyasının yenilənməsini tamamlayıb.

Salon sərnişinləri timsah və nappa dərisi, həmçinin alkantara ilə qarşılayır. Avtomobilin baqaj hissəsi də alkantara ilə üzlənib.

"Prior Design” arxa öturacaq sərnişinləri üçün iki planşet, içki şüşəsinin tutacağı və dirsəkaltı hazırlayıb.
 
Prior Design-dan Mercedes S-ClassPrior Design-dan Mercedes S-Class
 
ŞƏRHLƏR

Ahu 05

3 Yanvar 2015 12:16

qeseng masindi

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam