Fon yüklənir...

Brabus-dan Mercedes C-Class

Brabus-dan Mercedes C-Class

Alman atelyesi "Brabus” AMG-Line paketli sedan "Mercedes-Benz C-Class”-ı tamamlayıb. Mütəxəssislər seriyalı avtomobil üçün daha aqressiv ban asması, eksklüziv konstruksiyalı disk dəsti və 4-borulu səsboğucu seçiblər.


Brabus-dan Mercedes C-Class

Bununla yanaşı, "Brabus” güc aqreqatlarının məhsuldarlığını artırmağı və asılqanın tamamlanması sayəsində avtomobilin idarəetməsini yaxşılaşdırmağı təklif edir. Salonun yenlənməsi üçün sadə elementlərdən istifadə edilib.

Brabus-dan Mercedes C-Class

Avtomobil daha idmansayağı görünmək üçün qabaq bamperin aşağı hissəsində splitter, baqaj qapağında ensiz spoyler, arxa bamperdə diffuzor, xrom qazburaxma boruları alıb.

Brabus-dan Mercedes C-Class

"Brabus” emblemi və 18, 19 və 20-düym ölçülərində yüngüllehimli disklər sedanın fərdi üslubunu vurğulayır. Ən böyük disklər 225/35 və 255/30 ölçülərində şinlərə bürünə bilərlər.

Brabus-dan Mercedes C-Class

Klirensi 30 mm aşağı salmaq üçün tünerlər qısaldılmış yaylar quraşdıracaqlaq, pnevmo asılqanlı "Airmatic” versiyasında isə idarəetmə blokunu yenidən proqramlaşdıracaqlar.

Brabus-dan Mercedes C-Class

Çip-boks "Mercedes C180”-ın gücünü 177 a.g.-ə qədər artıracaq, C200 modifikasiyası isə 225 a.g., 330 Nm verəcək ki, bu da onu 100 km/saata 7 saniyəyə sürətləndirəcək.

Brabus-dan Mercedes C-Class

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam