Fon yüklənir...

"BMW"nin loqosunun mənası

"BMW"nin loqosunun mənası

Hissələrdən ikisi ağ, ikisi isə mavi rəngdədir. Bu dairə özü fırlanan təyyarə pəri (propeller) deməkdir. Ağ və mavi rənglər isə «BMW»ni istehsal edən zavodun yerləşdiyi Bavariyanın simvoludur. Almaniyanın tarixində mühüm yeri olan Bavariyanın gerbində 10-cu əsrdən həmin rənglər var.
 
Loqonun üstündəki hərflər (B, M və W) isə bu zavodun adının abbreviaturasıdıır: Bayerische Motoren Werke AG ("Bavariya Mühərriklər Zavodu"). Bu avtomobil markasının loqosunda təyyarə pərinin təsvirinin olması isə təsadüfi deyil. «BMW» ilk dəfə yalnız təyyarə mühərriklərinin istehsalı ilə məşğul olub. Zavodun indiki adı 1916-cı ildə Münhen şəhərində iki kiçik zavodun birləşməsindən sonra yaranıb. Almaniyanın Birinci Dünya Müharibəsində məğlubiyyətindən sonra bu ölkədə aviasiya mühərriklərinin istehsalı qadağan edilib. Həmin qadağadan sonra «BMW» istehsal profilini dəyişməyə məcbur olub. Nəticədə 1923-cü ildə «BMW» markalı ilk motosikletlər meydana çıxıb. 1928-ci ildə «BMW» zavodu Britaniyanın Austin avtomobil markasının istehsalına başlayıb. «BMW» markası ilə ilk avtomobil isə 16 noyabr 1928-ci ildə istehsal edilib.
 
Hazırda «BMW» markalı avtomobillər təkcə loqosu ilə deyil, qabaq tərəfində radiator barmaqlıqlarının özünəməxsus dizaynı ilə də fərqlənir. Bu avtomobillərin qabaq tərəfinin dizaynında iki ovallaşmış dördbucaq şəklində radiator barmaqlıqları «BMW» avtomobillərini uzaqdan tanımağa kömək edir.

ŞƏRHLƏR

Night Wolf

30 Avqust 2014 15:32

bilirdim əvvələr oxumuşdum
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

29 Avqust 2014 13:00

bilmirdim,tesekkurler

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam