Fon yüklənir...

Bugatti Veyron xüsusi versiya əldə etdi

"Bugatti” şirkəti hiperkar "Veyron”-un böyük layihəsini sona çatdırır. Bu layihə markanın inkişafına təsir göstərən avtomobil sənayesinin və idmanının məşhurlarına həsr olunan altı xüsusi "Veyron” buraxmaqdan ibarətdir. Ettore Buqattinin şərəfinə olan versiya cəmi üç nüsxədə buraxılacaq.

Hiperkar "Bugatti Veyron Ettore Bugatti”-nin banı karbonla və əl ilə cilalanmış parladılmış alüminiumla işlənib, onun rəngi isə - 1932-ci ilin "Bugatti Type 41 Royale”-na hörmət əlamətidir.
 
Bundan başqa, hiperkar yarış kupesi "Type 35” üslubunda özünə görə yeganə təkər diskləri ilə təchiz olunub. Yanacaq bakının qapağında isə Ettorenin özünün imzasi şəklində naxış çəkilib.

İstehsalçı qeyd edir ki, "sonuncu” hiperkarın interyerində şirkətin tarixində ilk dəfə iki nov dəridən istifadə olunub. Hər şeydən əlavə, salon ban rəngdə karbonla işlənib.

Paneldə oturacaqların arasında rəqs edən fil şəkilli barelyef meydana gəlib. O Ettore Buqattinin doğma qadaşı Rembrant Buqattinin yaratdığı kiçik heykəlciyi xatırlatmalıdır – belə heykəlcik "Bugatti Type 41”-in radiator tıxacında yerləşirdi.

Yeri gəlmişkən, "Veyron”-un Legends layihəsi çərçivəsində yaradılmış xüsusi versiyalarından biri məhz Rembranta həsr olunub. Qalan beş "Veyron” kimi "Bugatti Veyron Ettore Bugatti” 1200 a.g. verən səkkizlitrlik W16 ilə təchiz olunan rodster "Grand Sport Vitesse”-in bazasında düzəldilib.

"Bugatti”-də ümid edirlər ki, hiperkarı 2,35 mln avro qiymətində alacaq ən azı üç alıcı stapacaqlar.
 
Bugatti Veyron xüsusi versiya əldə etdi

Bugatti Veyron xüsusi versiya əldə etdi

Bugatti Veyron xüsusi versiya əldə etdi

Bugatti Veyron xüsusi versiya əldə etdi

Bugatti Veyron xüsusi versiya əldə etdi

ŞƏRHLƏR

twisss

21 Avqust 2014 20:17

aa oooooooooooooooooooooooooooooo mercedes

Night Wolf

19 Avqust 2014 11:16

çox gözəl avtomobildi
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

18 Avqust 2014 15:09

xebere gore tesekkurler

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam