Fon yüklənir...
Загрузка...

Xərçəngin müalicəsində seksin FAYDALARI

Загрузка...
Xərçəng xəstəliyinə yoluxmuş insanlarda seksə olan marağın azalması psixoloji hal kimi qiymətləndirilir

Hazırda geniş yayılmış xərçəng  xəstəliyi  qadın və kişinin cinsi münasibətlərinə həm fiziki, həm də psixoloji cəhətdən təsirlər göstərir. Seks zamanı bu kimi problemlərlə qarşılaşan cütlüklər həkim, psixoloq və onlarla eyni cür problemləri yaşayan digər cütlüklərlə bu haqda danışmaqla həll yolu tapa bilərlər.
 Türkiyə mətbuatının məlumatına görə, xərçəng xəstəliyinə yoluxmuş insanlarda seksə olan marağın azalması psixoloji hal kimi qiymətləndirilir. Fiziki cəhətdən bəyənilməz halda olduğu üçün xəstəliyin daşıyıcısı olan tərəf seksə marağını itirir.
Xəstəliyin müalicəsi zamanı çəki itirmə, saçların tökülməsi, əməliyyat nəticəsində qadınların döşlərinin kəsilməsi, necə olacaq deyə fikir etmək, depressiya yaşamaq insanda cinsi istəksizliyə səbəb olur.
Eyni zamanda xəstəlik zamanı yaşanan halsızlıq, ishal, qəbizlik, yorğunluq, ürək bulanması, qadınlarda süd vəzin, kişilərdə prostat vəzin əməliyyatından sonra hormonların azalması da cinsi istəksizliyə səbəb olan amillərdəndir. Qadın xəstəlikləri və doğuş üzrə mütəxəssis Qönçə Saraç deyir ki, xəstəlik zamanı cinsi münasibətdə olarkən kişilər ən çox ereksiya problemləri, qadınlar isə ağrı ilə qarşılaşırlar. Kişilərin cinsi istəyinə təsir edən xəstəliklərə sidik kisəsi, prostat, düz bağırsaq xərçəngi daxildir. Özəlliklə prostat xərçənginin əməliyyatı zamanı genetik sinirlərin zərər görməsi kişilərdə cinsi zəifliyə səbəb olur 

Həkim Saraç xəstəliyin cinsi həyata göstərdiyi təsiri azaltmaq üçün bəzi məsləhətlər verib:
 "Müəyyən olunmuşdu ki, xəstəliyin müalicəsi zamanı cinsi yaxınlıq etmənin heç bir zərəri yoxdur, əksinə, sevgilə yaşanan hər bir cinsi yaxınlıq xəstənin əhvalının yüksək olmasına kömək edir. Xəstə kimyaterapiya müalicəsi gördükdə infeksiyadan qorunmaq üçün cinsi yaxınlıqdan uzaq olmalıdır.
Xəstə olan qadın xəstəlik zamanı hamilə qalmamaq üçün həkimin məsləhətlərinə əməl etməlidir. Müalicə zamanı qadının hüceyrələrinin zərər görməməsi və müalicədən sonra hamilə qala bilməsi üçün müalicədən əvvəl sperma və yumurtalıqlar dondurulmalıdır".
Загрузка...
loading...
Загрузка...