Fon yüklənir...
Загрузка...

Neçə yaşına kimi intim əlaqədə olmaq olar?

Загрузка...
Türkiyə Yaşlılar Atlası araşdırması çərçivəsində ölkədəki minlərlə insanın cinsəl həyatı araşdırılıb. Əslində, araşdırmaq istəyiblər desək, daha düzgün olar. Çünki araşdırmada iştirak edən qadınların 71 faizi, kişilərin isə 16 faizi suala cavab verməyib. Cavab verən kişiərin isə 40 faizi cinsəl həyatlarının olmadığını etiraf ediblər.

Ağdəniz Universitetinin Gerontoloji Fakültəsinin dəstəyi ilə 2000-ci ildən 60 yaşdan yuxarı insanların cinsəl həyatı araşdırılıb.


Araşdırmanın məqsədi yaşlı insanların cinsəl problemlərini və ehtiyaclarını aydınlaşdırmaq olub. Fakültənin dekanı professor İsmayıl Tufan qrupu ilə birlikdə 35 min 236 yaşlı adamın cinsəl həyatını təhlil edib.

Qadınlar utanır

Araşdırmada 60 yaşından yuxarı qadınların çoxu bu suala cavab verməyə çəkinib. 71 faizi cinsəl həyatları ilə bağlı sualları cavablandırmayıb. 25 faizi heç yaşamadığını, 3 faizi nadir hallarda, 1 faizi isə normal seks həyatı olduğunu bildirib.

Kişilərin 10 faizi aktiv cinsəl həyat yaşayır

Araşdırmaya qatılan kişilərin 60 faizi cinsəl həyatının olmadığını deyib,16 faizi sualları cavabsız qoyub. Yaşlı kişilərin cəmi 10 faizi normal seks həyatının olduğunu, 34 faizi isə nadir hallarda yaşadığını söyləyib.

Qadınların ömrü daha uzundur

Araşdırmada yaşlı qadınların tək yaşadığı, həyatında heç kim olmadığı müşahidə olunub. 85 yaşdan yuxarı kişilərin 36 faizinin, qadınların isə 78 faizinin həyat yoldaşını itirdiyi məlum olub. Buna görə də qadınların daha uzun ömürlü olduğu vurğulanıb.
Загрузка...

ŞƏRHLƏR

egzocan

6 Sentyabr 2014 20:08

baxir insana eri yanindadirsa mutleq cinsi elaqe olacaq

NICKY

17 Avqust 2014 17:35

Bu deyqe cavan aileler normal cinsi elaqeleri ypxdu oki qaldi yawlananda.uwaq olan kimi istekleri azalir
--------------------
♡♡♡

Ahu 05

17 Avqust 2014 09:00

xebere gore tesekkurler

Night Wolf

16 Avqust 2014 23:37

məni maraqlandıran xəbərdi
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Nahid-19

16 Avqust 2014 23:36

Əsas .. ölənə qədər ))....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

AyKa I-va

16 Avqust 2014 23:35

xebere gore tewekkur
loading...
Загрузка...