Fon yüklənir...
Загрузка...

Qadın əri ilə yaşadığı cinsi əlaqəni başqa qadınlara danışa bilər?

Загрузка...
 
Sual: Bir qadın öz əri ilə yaşadığı cinsi əlaqə təcrübələrini başqa qadınlara danışa bilər? Bəs kişilər necə? Onlar öz arvadları barədə başqa kişilərə danışa bilərlər?

Cavab: Evli qadınların (eyni zamanda kişilərin) ancaq özlərinə aid olan məsələləri və ərləri (arvadları) ilə olan münasibətləri bir-birinə danışmaqları düzgün deyil. 

Məhəmməd peyğəmbər (s. a. s.) bu barədə belə demişdir:

"Şübhəsiz ki, Qiyamət günündə Allahın dərgahında vəziyyəti ən pis olan insanlardan biri də arvadı ilə yaxınlıq etdikdən sonra onun sirrini yayandır”.1

"Şübhəsiz ki, Qiyamət günündə Allahın dərgahında ən böyük xəyanətlərdən biri arvadla ər birlikdə olduqdan sonra ərin arvadın sirrini ifşa edib danışmağıdır”.2

Bir gün bir dəstə kişi və qadın oturmuşdular. Peyğəmbər (s. a. s.) onlardan soruşdu:
"Sizin aranızda elə bir nəfər varmı ki, arvadı ilə yaxınlıq etmək itədiyi vaxt qapını örtsün və öz üstünə də bir şey çəkib Allahın örtüyü ilə örtünsün?”

Onlar da cavab olaraq: "Bəli”, – dedilər.
Allahın elçisi (peyğəmbər) sözlərinə davam etdi:
"Sonra (həmin şəxs) bu işdən (cinsi yaxınlıq) sonra (bir məclisdə oturub) mən bu gün arvadımla belə-belə etdim”, – deyərmi?”

Cavab verən olmadı. Bunun üstündən peyğəmbər üzünü qadınlara tutub soruşdu:
"Sizin aranızda da bu kimi şeyləri başqalarına danışanlar var?”

Qadınlar da susdular. Sonra cavan bir qız bir dizinin üstünə çökdü və sözünü yaxşıca eşitdirmək üçün və peyğəmbər onu görsün deyə, boğazını qabağa uzadıb dedi:
"Ey Allahın peyğəmbəri! Bu kişilər də, qadınlar da bu kimi şeyləri başqalarına danışırlar”.
Bunu eşidən peyğəmbər dedi:

"Heç bilirsiniz, bu nəyə oxşayır? Bu, bir şeytanın bir şeytanla yolda rastlaşıb camaat onlara baxa-baxa cinsi əlaqədə olmağına oxşayır…”3
Nəticə olaraq, ər-arvadın öz aralarında baş verən şeyləri başqalarına danışmaqları günahdır. Bunun belə olduğunu yuxarıdakı hədislərdən də açıq-aydın surətdə görmək mümkündür. Elə isə bu pis əməldən uzaq durmaq lazımdır.
 
Qadın əri ilə yaşadığı cinsi əlaqəni başqa qadınlara danışa bilər?
Загрузка...

ŞƏRHLƏR

Sevgi Meleyi29

13 Noyabr 2014 23:22

cox yaxwi xeberdi.Bunlari bilmek hami ucun vacibdir.TWK.

Night Wolf

23 İyul 2014 13:43

Bu haqda eşitmişdim
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

melisa can

23 İyul 2014 11:58

cc men bunu bilirdim.

Ahu 05

23 İyul 2014 09:47

mence de duzgun deyil.

NICKY

22 İyul 2014 22:52

Cox yaxsi xeberdi.kiwileri bilmirem ama daniwan arvadlar var
--------------------
♡♡♡
loading...
Загрузка...