Fon yüklənir...
Загрузка...

Braziliyalı topmodel: “...içimdən seks ilahəsi çıxır” - FOTOSESSİYA

Загрузка...
Braziliyalı tanınmış topmodel Anna Beatriz Barros Türkiyənin "Hürriyət" qəzeti üçün özəl pozlar verib. Biləyində ay-ulduz döyməsi olan Anna qəzetə müsahibəsində "deyəsən, əvvəlki həyatımda türk idim” deyib.
 
- Bir saatdır fərqli alt geyimləri geyinərək bizim üçün pozlar verirsiniz.  Bu qədər insanın arasında çılpaq olmanıza rəğmən çox rahatsınız. Buna necə nail ola bilirsiniz?
- 13 yaşında bu işə başlayanda ilk illər bu qədər rahat ola bilmirdim. 2-3 il keçdikdən sonra bu işi həqiqətən çox sevdiyimi anladım. Bu iş bədənimlə həmişə barışıq və daha pozitiv olmağımı tələb edir. Bədənim mənim tək sərmayəmdir. Buna görə yaxşı qidalanır, yaxşı yatır və idmanla məşğul oluram. İşimdən zövq alıram.
 
- Çəkilişlərdə deyilənlərə sakitcə əməl edirdiniz..
- Çünki "Diva” manikenlər dövrü artıq bitib, supermodellər tarix olub. Bu, yeni dövrdə çəkilişdə əziyyəti çəkən hər kəs eynidir. Hər kəs işini düzgün etməlidir. Məndə işimi haqqı ilə edib, evə getməliyəm.
 
- 13 yaşında Braziliya çimərliyində kəşf edildiyiniz gün bu qədər məşhur olacağınızı düşünürdünüz?
- Yox. O gün heç nə anlamamışdım. Həyat dəniz, qum günəşdən ibarət idi. Agentlik model olmaq üçün məni Nyu-Yorka çağıranda ailəm mənə 3 il vaxt verdi ki, 3 il ərzində bu işin öhdəsindən gələ bildin, bildin, bacarmasan, geri qayıdacaqsan. Mən elə ilk gündən qərarımı vermişdim. 14 yaşında bir jurnala verdiyim reportajda utanaraq "topmodel olmaq istəyirəm” dediyimi xatırlayıram.
 
- Şanslı idiniz?
- Hər zaman çox işlədim, ancaq şans da mənimlə oldu. Nyu-Yorkda ilk işimdə Kate Moss yanımda idi və fotoqraf Mario Testino idi. O vaxt Kate Mossun kim olduğunu belə bilmirdim, bu şans deyil, nədir?!
 
- Kariyeranız boyunca yaşadığınız depressiv və pis anlarınız olubmu?
- Rəqabət çətin ola bilir, ancaq ən pisi çətin çəkiliş şərtləridir. Bir dəfə 30 dərəcə soyuq suya girməli olmuşdum. Sonra 5 gün yataqdan çıxa bilməmişdim. Başqa bir çəkilişdə isə Nyu-Yorkda çox hündür bir binanın təpəsindən digərinə tullandırmışdılar. Ancaq karyeramın ən pis günü 17 yaşında su altında çəkilişim olub. Ayaqlarıma ağırlıqlar bağlayaraq məni suyun atına endirdilər. Üzümdə nə maska, nə də oksigen balonu var idi. Nəfəsim bitəndə əlimlə işarə edirdim. Kənarda gözləyən balıq adam ağzıma oksigen verirdi. Yarım saatdan çox bu şərtlər altında poz verdim. Bundan sonra klostrofobiyam yarandı.
 
- Ətrafınız bu qədər  "qurd”  kişilərlə dolu olduğu bir vaxt ilk sevginizi necə yaşadınız?
- Braziliyada. 15 yaşımda tətil üçün qayıdanda onu tapdım. 2 il birlikdə olduq. İlk zamanlar mənimlə sevgili olduğuna heç kimi inandıra bilmirdi. Sonra məsafələr bizi ayırdı. Hələ də dostuq, "Facebook” vasitəsi ilə əlaqə saxlayırıq, hətta bu yaxınlarda 1 övladı oldu.
 
- Misirli sənət brokeri Hillel Nahmadla 2 il yarımdı ölkələrarası münasibət yaşayırsınız. Siz Nyu-Yorkda, sevgiliniz Londonda...
- Nyu York, London və Rio de Janero arasında bir münasibət yaşayırıq. Sevgilimi görmək bu qədər çətin olduğu halda uşaq sahibi olmağı imkansız hesab edirəm. Hətta elə olur ki, 1 ay bir-birimizi görə bilmirik.
 
- Bu qədər uzaqkən bir-birinizə necə güvənirsiniz?
- Uzaqlıq aramızdakı istəyi canlı saxlayır. Bir-birimiz üçün çox darıxırıq. Bir-birimizi incitməmək üçün ehtiyat edirik. Qısqanan tərəf mənəm. Alt paltarı geyinmişəm, kişilərlə şəkillər çəkdirmişəm, bunlar sevgilimin vecinə deyil. Ancaq mən onu çox qısqanıram.
 
- Sizi seksual hesab edir?
- Heç də. "Sənin haran seksualdır” deyir mənə. Çünki mən sadəcə kamera qarşısında seksual oluram. Geyindiyim, reklam etdiyim markanın satılması üçün içimdən seks ilahəsi çıxır sanki. Gündəlik həyatımda isə dəcəl bir qız uşağıyam.
 
- Sevdiyiniz adam "seksual deyilsən” deyəndə pis olmursunuz?
- Həmişə bu söhbətdə "dünyadakı bütün kişilərə görə seksualam, sənəmi seksual deyiləm?!” deyib üstə çıxıram.
 
- Biləyinizdə ay-ulduz döyməsi var. Türkiyəyə tez-tez gəlib gedirsiniz. Bir Türklə evlənsəniz, heç təəccüblənmərik...
- Bura gələndə sevgilimə eynisini dedim. Deyəsən, mən əvvəlki həyatımda türk olmuşam. Bura çox bağlıyam. Bir türklə evlənməyə gəlincə, bu söhbət misirli sevgilimin xoşuna gəlməyəcək. 
 
ŞƏRHLƏR

Night Wolf

18 İyul 2014 18:06

Qəşəng qızdı
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

18 İyul 2014 12:22

cazibedar qizdi

Nahid-19

18 İyul 2014 01:16

Şəkillər bəziləri təkrar idi ama ümumilikdə babat şeydi ))....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

NICKY

18 İyul 2014 00:14

Qeweng qizdi
--------------------
♡♡♡
loading...
Загрузка...