Fon yüklənir...
Загрузка...

Bu qızlar bakirəliklərini internetdə satıb - FOTOLAR

Загрузка...
Pul qazanmaq üçün yeganə çıxış yolunu bakirəliyini satmaqda görən bu qızlar internet  fenomeninə çevriliblər.

Ötən il Braziliyalı tələbə Katarina Miqliorini evsiz insanlara kömək etmək üçün bakirəliyini satışa çıxardığını açıqlamışdı. 20 yaşlı gənc qızın bakirəliyi üçün 1 yapon, 2 amerikan və 1 hindli rəqabət aparmışdı. Sonda qıza gələn ən yüksək təklif 780 min dollar olmuşdu. Daha sonra Katarinanın yaşadıqları əsasında "Virgins wanted” adlı sənədli film hazırlanmışdı.
 
2010-cu ildə Yeni Zelandiyalı bir universitet tələbəsi təhsil xərclərini ödəmək üçün bakirəliyini satışa çıxarmışdı. Adını açıqlamayan qız özünə "Unigirl” ləqəbi seçmişdi. O, gələn 1200 təklif arasında 32 min dollar verən kişi ilə birlikdə olmuşdu.
 
20 yaşlı italyan maniken Raffaello Fiko 2009-cu ildə bakirəliyini satışa çıxararaq özünə 1 milyon avro qiymət qoymuşdu. Romada bir ev almaq və aktrisalıq kurslarına getmək üçün bunu etdiyini deyən qız o pulu verəcək kişini tapa bilməyib. Gənc qız "əgər birlikdə olacağım adamı bəyənməsəm, 1 şüşə şərab içib hər şeyi unutmağa çalışaram” demişdi.
 
2009-cu ildə 19 yaşlı Alina Persea universitet xərclərini ödəmək üçün bakirəliyini satışa çıxarmışdı. 45 yaşlı bir italyan ona 8 min 800 sterlinq ödəməyi qəbul etmişdi. Cütlük Venedikdə bir gecə keçirmişdi. Bundan əvvəl isə Alina bakirə olduğunu sübut etmək üçün 2 yerdən arayış almalı olmuşdu.
 
2008-ci ildə 22 yaşlı Natali Dilan iştirak etdiyi "The Howard stern”  şousunda bakirəliyini satışa çıxarıb. Ən yüksək təklif 3 milyon 700 min dollar olsa da Natali bunu az hesab edib.
 
2005-ci ildə 18 yaşlı Qrasiela Yatako bakirəliyini satmağa qərar vermişdi. Perulu maniken bunu anasının müalicəsi və qardaşının təhsil xərcləri üçün etdiyini demişdi. O, 1 milyon 300 min dollar ödəyən adamla birlikdə olmuşdu.
 
2004-cü ildə Londonda yaşayan 18 yaşlı Rosie Reyd 44 yaşlı kompüter mühəndisi olan bir kişi ilə 8 min 400 sterlinq qarşılığında birlikdə olub. Hadisədən sonra Rosienin lesbiyan sevgilisinin olduğu ortaya çıxıb. Həmin gecənin səhərisi sevgililərin bir-birinə sarılaraq ağladığı deyilir. 
 

Загрузка...

ŞƏRHLƏR

Night Wolf

25 İyul 2014 01:00

addım atmazdan əvvəl fikirləşmək lazımdı
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

sevinc m-zada

17 İyul 2014 17:33

Allah agil versin ne deyim)
--------------------
love Koray İzitaş Vine love

gulumse

17 İyul 2014 14:29

Dilen yene her gun corek pulun cixar ! Eshi insanin fikri nedse zikrde o olar bular onsuzda pis yolun adamdlar

Ahu 05

17 İyul 2014 09:40

dunyanin sonudu...
loading...
Загрузка...