Fon yüklənir...
Загрузка...

Ehtiraslı səhnələrdə çəkilən model: Atam mənə dəstək oldu – VİDEO

Загрузка...
"Mənə əxlaqsız təkliflər də bundan sonra gəldi”.

Azərbaycanda maraqla izlənən və çəkildiyi ehtiraslı səhnələrə görə müzakirə olunan rəqqasəmodel Rəna Ağamuradova  müsahibə verib.

- Son zamanlar daha çox reper Qurdun "Tapın onu” klipində açıq-saçıq səhnələrdə rolun və "Santa-Mariya gəmisi” adlı qısametrajlı filmində iştirak etdiyin erotik səhnə diqqətlə izlənilib və böyük səs-küy yaradıb, belə bir səhnələrdə iştirakın səbəbi nədir?

- Belə bir səhnələrdə iştirakımın səbəbi nə pul eşqidi, nə də populyarlıq. Əslində bu, mənə maraqlı gəldi, lakin mən istəmərəm ki, məni sırf olaraq, belə bir səhnələrə görə tanısınlar. Sadəcə mən belə bir səhnələrdə iştirak ilə Azərbaycana yenilik gətirmək və istedadlı insanlara yardım etmək istədim, hətta "Santa-Mariya gəmisi” adlı qısametrajlı filmində iştirak etdiyim səhnəyə görə heç bir pul almadım.

- Nəzərə alsaq ki, yer aldığın səhnələr birmənalı qarşılanmayıb, çəkildiyin film və kliplərdən sonra hər hansı fərqli yanaşma hiss etmisən?

- Erotik səhnələrdə iştirak edəndən sonra əksər dostum məndən üz döndərdi, çoxu məni tənqid etdi. Bəziləri başladılar mənə yuxarıdan aşağı baxmağa ki, ayıbdı, gör necə səhnələrdə çəkilib. Etiraf edim ki, mənə əxlaqsız təkliflər də bundan sonra gəlib. Məni tənqid edənlərin arasında elələri də var idi ki, min hoqqadan çıxıb öz pisliklərini gizlədib, digər insanları zərbə altında qoyurdular. Buna görə bəzi məqamlarda mənə çətindi. Amma bu, mənim seçimimdi, mən bəziləri kimi gizli və altdan-altdan heç bir hərəkət etmirəm, nə varsa hər addımım göz qabağındadır.

- Valideynlərin və yaxınların sənin cəsarətini necə qiymətləndirir?

- Mənim ən yaxın dostum bacımdır, o məni daim dəstəkləyir. Valideynlərim isə əvvəllər heç bilmirdilər ki, mən belə layihələrdə çəkilmişəm. Atam Rusiyada yaşayır və müasir insandı. Bu yaxınlarda "Tapın onu” klipinə baxandan sonra mənə dəstək oldu və gülümsəyərək dedi ki, "Balam, geyinməyə paltar tapmadın?”. Atamın mənə dəstəyi onun mənə olan inamı ilə bağlıdır.

- Sənətində nə yeniliklər var?

- Hal-hazırda "Səadət” teleserialında çəkilirəm, bu yaxınlarda reper Qurd ilə birgə Nabranda konsertimiz olacaq. Daha sonra fikrimdə qadınlara qarşı zorakılığın qarşısını almaq məqsədi ilə tənha qadının çətin həyatını nümayiş etdirən açıq-saçıq klip hazırlamaq var. Buna səbəb mənim yaxınlarımın kişi zorakılığı ilə qarşılaşmasıdır. Sadəcə bu klip vasitəsi ilə insanlara çatdırmaq istəyirəm ki, kişi öz gücünü qadına göstərməməlidir.

 -Belə bir fikir formalaşıb ki, ölkəmizdə açıq-saçıq kliplərdə çəkilən aktrisa və ya müğənnilər, belə bir addımla sponsor və ya el dilində desək "saxlayan” axtarır, buna münasibətin necədir?

- Bilirsiz, mən müxtəlif növ rəqslə, modelliklə məşğulam və kliplərdə, eləcə də filmdə çəkildiyim üçün kifayət qədər pul qazanıram. Buna görə mənim nə sponsora, nə də "saxlayan”a ehtiyacım var. Lazım olsa qazandığım pul ilə özümü daha çox tanıda bilərəm, lakin buna ehtiyac duymuram.

- Rəna Ağamuradovanın səhnədə hər hansı kompleksi var?

- Əslində mən səhnədə və həyatda çox fərqliyəm, kamera görən kimi dəyişilirəm. Real həyatda isə elə də diqqət cəlb etmirəm, hətta məni görənlər heç mənə baxmırlar. Səhnədə heç bir sərhəd tanımıram, lakin yalnız bacardığım rolu oynaya bilərəm. Üstəlik mən rəqqasəyəm və modelliklə məşğul olduğum üçün mənə səhnədə hər hansı bir obrazı canlandırmaq çox rahatdır. Baxmayaraq ki, filmdə və reklam çarxlarında çəkilmişəm, özümü aktrisa adlandırmaq istəmirəm, çünki bunun üçün müvafiq təhsilim yoxdu. İnşallah, bu yaxınlarda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə  daxil olmaq istəyirəm və bu sahədə peşəkar olandan sonra aktrisa ola bilərəm.

- Azərbaycan teleməkanında kifayət qədər erotik səhnələri ilə seçilən xarici film və klip yayımlanır və tamaşaçıların əksəriyyəti bunu normal qarşılayır, lakin belə bir yerli kino və klip çəkiləndə çoxusu buna tənqidi yanaşaraq etiraz edir. Səncə bu, nədən irəli gəlir?

- Mən çox təəssüf edirəm ki, bizlərdə belə bir fikir formalaşıb. Belə bir yanaşma bizim mentalitetimizdən və müsəlman ölkəsi olduğumuzdan irəli gəlir. Erotik səhnələrdə iştirakım bəlkə də, bizim mentalitetdən uzaq olmağım ilə əlaqəlidir, çünki mən Rusiyada böyümüşəm. Bizi uşaqlıqdan valideynlər, müəllimlər elə yönləndirirlər ki, "bu olmaz”, "bu səhvdir” və nəticədə biz böyüyəndə komplekslərlə üzləşirik və azərbaycanlı qızların erotik səhnələrini qəbul etmirik. Bu cür yanaşmaya görə Azərbaycan bu baxımdan qabağa gedə bilmir və bizdə dünya səviyyəli kliplər və filmlər çəkilmir. Qızlarımız ictimai qınağa görə bəzi səhnələrdə çəkilmirlər, çünki nəticədə onlar haqqında pis fikir formalaşır, tənqid və təhqir olunurlar, üstəlik onlara "əxlaqsız qız” damğası vurulur. İnanın ki, belə bir yanaşma nəticəsində əksər sənət adamları əziyyət çəkir.

- Son zamanlar ölkəmizdə kifayət qədər çılpaq fotosessiyaya çəkilən və erotik səhnələrdə rol alan aktrisalar çoxalıb. Onlara münasibətin necədi?

- Mən onlara dəstək oluram. Çünki onlar güclü qadınlardır və bu, onların öz seçimidir. Bu qadınlar Azərbaycana yenilik gətiriblər. Bir qızın gözəl vücudu varsa niyə də öz gözəlliyini nümayiş etdirməsin?! Qoy bütün dünya bizim gözəl qızları tanısın!

- Şəxsi həyatın nə yerdədir?

- Rusiyada azərbaycanlı ilə altı il evli olmuşam, artıq üç ildir ki, boşanmışam. Yoldaşımla ayrılmağımızın səbəbi – sadəcə bizdə alınmadı. Çox yaxşı həyat yoldaşı olmuşam. Hal-hazırda keçmiş həyat yoldaşımla dostam. O, gözəl bir atadır və uşaqlarıma baxmaq üçün mənə kömək edir. Şəxsi həyatım yoxdu, məndə alınmır, çünki həyat tərzim və səhnələrdəki roluma görə mənə ciddi yanaşmırlar. Hal-hazırda özümü bir insana həsr edə bilmərəm. Buna görə də mən özümü sənətimə həsr edib pul qazanıram.
 

Ehtiraslı səhnələrdə çəkilən model: Atam mənə dəstək oldu – VİDEO

Ehtiraslı səhnələrdə çəkilən model: Atam mənə dəstək oldu – VİDEO

Ehtiraslı səhnələrdə çəkilən model: Atam mənə dəstək oldu – VİDEO

Ehtiraslı səhnələrdə çəkilən model: Atam mənə dəstək oldu – VİDEO

Ehtiraslı səhnələrdə çəkilən model: Atam mənə dəstək oldu – VİDEO

Ehtiraslı səhnələrdə çəkilən model: Atam mənə dəstək oldu – VİDEO

Ehtiraslı səhnələrdə çəkilən model: Atam mənə dəstək oldu – VİDEO

 


 

Загрузка...

ŞƏRHLƏR

ARR

12 İyul 2014 15:03

Beledeeeeeeeeeeee

sevinc m-zada

12 İyul 2014 13:29

qaadi amma helede pis qiz deyil

Sitat: sevinc m-zada
qaradi amma helede pis qiz deyil
--------------------
love Koray İzitaş Vine love

Dark PrincesSa

12 İyul 2014 12:52

Çox qara qızdı

Ahu 05

12 İyul 2014 11:48

beledeeeeeeeee pis deyil.

Night Wolf

11 İyul 2014 23:49

elə də qəşəng qız deyil
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!
loading...
Загрузка...