Fon yüklənir...
Загрузка...

Prostatit

Загрузка...
Prostatit

Cəfəri dəmləməsi

2 xörək qaşığı cəfəri yarpaqları və köklərinin üzərinə 1 stəkan qaynar su töküb, ağzıbağlı qabda yarım saat saxlayın. Dəmləməni süzüb, prostat vəzinin soyuqlaması zamanıgündə 3 dəfə, 3 xörək qaşığı qəbu edin. Dəmləmənin digər hazırlanma qaydası belədir: 1 xörək qaşığı cəfəri köklərinin üzərinə 2 stəkan qaynar su töküb, 10 saat saxlayıın. Süzüb gün ərzində qurtumlarla için.

Balqabaq tumundan dəmləmə

3 xörək qaşığı xırdalanmış balqabaq toxumunun üzərinə 1 stəkan qaynar su töküb, 30-45 dəq. saxlayın. Prostatit zamanı dəmləməni süzüb, gündə 4-5 dəfə stəkanın 1/3 hissəsi qədər qəbul edin. Balqabaq tumunun tərkibində külli miqdarda sink var. Sink isə əsasən kişilər üçün çox vacibdir. Sink bu qədər faydalı olduğu üçün gündə 20 ədəd balqabaq tumundan istifadə etməlisiniz.

Prostatit


Tozağacı yarpaqlarından hazırlanan dəmləmə

2 xörək qaşığı ağ tocağacı yarpaqlarının üzərinə yarım litr qaynar su töküb, 1-2 saat saxlayın. Dəmləməni süzüb, gündə 3-5 dəfə yarım stəkan həcmində qəbul edin.

Yağıotu dəmləməsi

1 xörək qaşığı qurudulub xırdalanmış yağıotu çiçəklərinin üzərinə 1 stəkan qaynar su töküb, isti yerdə 1 saat saxlayın. Dəmləməni süzüb, gündə 3-4 dəfə yeməkdən əvvəl stəkanın ¼ hissəsi qədər qəbu edin. Bu dəmləmə sinir sistemini sakitləşdirən əla vasitədir. O həmçinin, kişilərdə cinsiyyət orqanlarının istənilən iltihab proseslərinin müalicəsində faydalıdır.
Загрузка...

ŞƏRHLƏR

Dark PrincesSa

12 İyul 2014 12:54

Məncədə
Sitat: Night Wolf
çox pis xəstəlikdi Allah uzaq eləsin

Night Wolf

11 İyul 2014 23:50

çox pis xəstəlikdi Allah uzaq eləsin
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

11 İyul 2014 22:12

tesekkurler....
loading...
Загрузка...