Fon yüklənir...
Загрузка...

Hansı qadın alt paltarları kişilərin xoşuna gəlir?

Загрузка...
 
 
Kişilər alt paltarlarını hədiyyəlik qablaşdırma kimi qəbul edirlər, bu zaman onun rəngi və fasonu şübhəsiz ki, əhəmiyyətli mənaya malik olur. Kişi küçədə cəzbedici qız gördükdə onda dərhal onun əynindəki geyiminin altında hansı alt geyiminin və onun hansı rəng və fasonda olmasının fantaziyası yaranır.

Kişilər qadının temperamentini alt paltarına görə müəyyən edə bilərlər. Hal-hazırda qadının geyindiyi alt paltarı onun indiki əhval-ruhiyyəsindən danışa bilər. Buna görə qızların hansı alt paltarlarından xoşları gəlməsi kişilər üçün xüsusilə maraqlıdır.
 
Hansı qadın alt paltarları kişilərin xoşuna gəlir?

Kişilərin hansı rəngdə alt paltarları xoşuna gəlir?

Kişilərin əksəriyyəti qırmızı rəngdə olan alt geyimlərinə üstünlük verir. Qırmızı rəngli alt paltarı – ehtirasın nişanıdır və bu rəngdə alt geyimlərinə üstünlük verən xanımlar ehtiraslı, alovlu olurlar. Kişilər bu rəngi atəşin, odun və enerjinin rəngi kimi qəbul edirlər.

Qara rəngli alt paltarı romantika, erotizm və seksuallıq ilə assosiasiya edilir. Kişilər düşünürlər ki, qara rəngli alt geyimlərinə üstünlük verən xanımlar böyük seksual qabiliyyətlərə malikdirlər.

Bəzi kişilər ağ rəngli alt geyimlərinə üstünlük verirlər. Bu rəngli geyimlərə kişilər xüsusi titrək və zərif hisslər ilə yanaşsalarda, onu seksual hesab etmirlər. Ağ rəngli alt geyimi – təmizlik, günahsızlıq və bakirəlik simvoludur. Bu zaman geyim qar kimi ağ rəngdə olmalıdır, qüsursuz təmiz və başqa tonlara malik olmamalıdır. Qaralmış dəridə isə ağ rəng fantastik və təmtəraqlı görünür.

Mavi, çəhrayı rəngli alt geyimləri kişiləri qətiyyən maraqlandırmır (təbii ki, bu rəngin həvəskarları istisna olmaqla). Bir qayda olaraq, kişilər hesab edirlər ki, belə rəngdə alt geyiminə üstünlük verən xanımlar utancaq və ünsiyyətsizdirlər.
 
Hansı qadın alt paltarları kişilərin xoşuna gəlir?

Hansı parçadan hazırlanmış alt paltarları daha yaxşıdır?

Kişilər daha çox atlas, ipək, şifondan hazırlanmış alt paltarlarına üstünlük verirlər ki, bu materiallar geyimin rəngini vurğulamaq qabiliyyətinə malikdirlər. Pambıqdan hazırlanmış alt paltarı isə kişilərin fikrincə darıxdırıcı və ev geyimidir. Alt paltarlarının tikildiyi parça kişilərin əlinə xoş olan materiallardan olmalıdır.
 
Hansı qadın alt paltarları kişilərin xoşuna gəlir?

Şortlar və ya strinqi?

Bir çox kişilər krujevalı şortlara xüsusi ehtiras hissi ilə yanaşır, digərləri isə strinqilərə üstünlük verirlər. Qadınlar üçün alt geyim modelləri barəsində fikirlərdə kişilər fikir ayrılıqlarına malikdir. Bəzi kişilər idman stilində tikişsiz geyimlərə, başqaları isə krujevalı şortlara və xələtlərə üstünlük verirlər. Kişilər hesab edirlər ki, qadın geyimlərində olan müxtəlif bantlar, corablar çox seksual görünür.

Kişilər müxtəlifliyi sevir. Buna görə alt geyimlərinin rəngi, parçası və fasonu ilə müxtəlif təcrübələr aparmaq lazımdır. Əgər qadın alt paltarının modellərini tez-tez dəyişərsə, bu zaman o kişi üçün maraqlı qalacaq. Qadının özü də bu dəyişiklər vaxtı müxtəlif obrazlar alacaq, davranışı və əhval-ruhiyyəsi də dəyişəcək.

Unutmayın ki, seksual və gözəl, lakin sizə diskomfort yaradan geyim sizin üçün bəzək əşyası olmayacaq. Alt paltarı seçərkən onun rahat olmasına və təbii görünməsinə diqqət etmək lazımdır.
 
Hansı qadın alt paltarları kişilərin xoşuna gəlir?
Загрузка...

ŞƏRHLƏR

Night Wolf

9 İyul 2014 14:02

mən daha çox qırmızı və açıq qara rəngdə alt paltarlarını daha cazibədar sayıram

mən daha çox qırmızı və açıq qara rəngdə alt paltarlarını daha cazibədar sayıram
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

9 İyul 2014 10:16

tesekkurler....

Dark PrincesSa

9 İyul 2014 09:52

bu nə idi o.O

Nahid-19

9 İyul 2014 00:25

Axırıncı şəkildəki lap adama gəl-gəl deyire ))) Babat poza alıb ama )))....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm
loading...
Загрузка...